Bir neçə gün əvvəl məcburi köçkünlərlə bağlı fikirləri ilə gündəmə gələn Səidə Bəkirqızı adlı TV aparıcısı bu dəfə qatıldığı verilişdə homofob fikirlər səsləndirib. Narkomaniya ilə bağlı materiallar hazırlayan Nail Kərimlinin qonağı olan aparıcı LGBTQ+lərin cəmiyyətə narkotikdən daha çox ziyan verdiyini bildirib. Onun sözlərinə görə narkotiklə mübarizə metodları mövcüd olsa da LGBTQ+ olmağın həll yolu yoxdur ki gedib müalicə edəsən.
O bir neçə kuirlə olan söhbətini istinad gətirərək “bu adamlar deyir ki, mən bununla xoşbəxtəm və heç kəslə işimiz yoxdur” deyə qeyd edib. Daha sonra aparıcı “sənin mənimlə yox, mənim oğlumla işin var, oğlum görür və bu həyat tərzini dəyişməyə təşviqdir” kimi fobik fikirlər səsləndirib. Aparıcı həyat tərzini dəyişənlərə – kuirlərə dəstək olanların əsl kişi olmadığını, hətta daha betər vəziyyətdə olduqlarını bildirir. Yayımın sahibi Nail Kərimli aparıcının sözlərinə dəstək verərək, razılıq bildirib.
Ümimiyyətlə narkomaniya ilə bağlı verilişdə kuirlərin şeytanlaşdırılması Azərbaycanda sistemli homofobiyanın nəticəsidir. LGBTQ+lər illər boyu günahkar axtarmaq, əsas fikirdən yayınmaq və tərəfdaş tapmaq üçün bir ritorika aləti kimi istifadə olunur. Azərbaycan mediasında nifrət nitqini və hücumları tənzimləyən kuir positiv sutrukturun olmamağı bu kimi fikirlərin ifadəsini asanlaşdıraraq, kütləvi homofobiyanın yayılmasına səbəb olur.
Səidə Bəkirqızı daha əvvəllər də kuir və transları hədəf alacaq ifadələr səsləndirib. O qeyd edir ki, kuirlər sosial şəbəkələri zəbt edərək əxlaqsızlığı təbliğ edir. Aparıcı yayımladığı bir verilişdə LGBTQ+lərin yüngün həyat tərzinə sahib olduqlarını deyərək, “allah onları öldürsün demək gəlir içimdən” deyə qeyd edib. Aparıcının kuirləri hədəfə çevirən fikirlərinin sensura olmadan yayımlanmasından narahatıq və Audiovizual Şuranı bu görüntülərlə bağlı tədbir görməsinə səsləyirik.