Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Almaniya Xarici İşlər Nazirliyi ABŞ-ə səfər edən trans vətəndaşlarına xəbərdarlıq verdi
  • Xarici

Almaniya Xarici İşlər Nazirliyi ABŞ-ə səfər edən trans vətəndaşlarına xəbərdarlıq verdi

Qıy Vaar! Mart 12, 2025

Almaniyanın Xarici İşlər Nazirliyi trans və qeyri-binar vətəndaşlara ABŞ-a səfər edərkən çətinliklərlə üzləşə biləcəkləri barədə xəbərdarlıq verib.

ABŞ Prezidenti Donald Trampın imzaladığı yeni sərəncama əsasən, yalnız “kişi” və ya “qadın” cinsiyyət nişanına malik pasportlar etibarlı sayılacaq. Bu qərar, trans şəxsiyyətini hüquqi çərçivədən tamamilə silir və doğumda təyin edilən cinsiyyətdən fərqli gender kimliyini tanımaqdan imtina edir.Bu qayda təkcə ABŞ vətəndaşlarına deyil, ölkəyə daxil olmaq istəyən bütün ziyarətçilərə də şamil edilir. Alman Xarici İşlər Nazirliyi xəbərdarlıq edərək bildirib ki, müvəqqəti viza almaq istəyən şəxslər özlərini yalnız “kişi” və ya “qadın” kimi qeyd etməlidirlər. Eyni zamanda, pasportunda “X” nişanı olan və ya doğumda təyin edilən cinsiyyəti ilə gender kimliyi uyğun gəlməyən şəxslərə ABŞ-a səfər etməzdən əvvəl müvafiq qurumlarla əlaqə saxlayaraq giriş qaydaları barədə ətraflı məlumat almaq tövsiyə olunub.

Bu xəbərdarlıq, ABŞ-ın dövlət katibi Marko Rubionun bütün viza müraciətçilərinin doğumda təyin edilən cinsiyyətlərini qeyd etməsini tələb edən yeni direktivindən sonra verilib.

Rubionun təlimatına əsasən, viza ərizəsində göstərilən cinsiyyət doğumda təyin edilən cinsiyyətdən fərqlənərsə, şəxs “kimlik saxtakarlığı” və “yanlış məlumat vermə” ittihamı ilə geri qaytarıla bilər. Hətta bu səbəbdən həmin şəxslərin ABŞ-a ömürlük girişinin qadağan edilməsi də mümkündür.

Bundan əlavə, ABŞ Dövlət Departamenti son vaxtlar öz rəsmi beynəlxalq səyahət məsləhət səhifəsindən translara dair demək olar ki, bütün istinadları silib. İndi həmin səhifədə yalnız LGB-lərə yönəlmiş xəbərdarlıqlar qalır.

Paylaş

Continue Reading

Previous: 8 Martda həbs olunan trans fəala dərmanlarını vermək mümkün olmayıb
Next: Həbsdə olan trans fəal saxlanılarkən zorakılığa məruz qalıb : “Başımı stola çırpıb dedilər ki, imzalamalısan”

Related Stories

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Xarici

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”

İyun 25, 2025
Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • Xarici

Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər

İyun 24, 2025
İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Xarici

İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub

İyun 23, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.