
İndiyədək hər il insan haqları hesabatı yayımlayan Dövlət Departamenti ənənəvi olaraq LGBTQ+lara qarşı diskriminasiyalara və gender məsələlərinə geniş yer ayırırdı. Məsələn 2023-cü il üzrə hesabatda 21 dəfə LGBTQ+ sözünə yer verilmiş, həmin ildə kuir aktivstlərin saxlanılması ciddi insan haqları pozuntusu kimi qeyd edilmişdi. 2022-ci il üzrə hesabatda kuir fəal və jurnalist Əvəz Hafizlinin oriyentasiyasına görə qətl edilməsi yer almışdı.
Bu, Tramp hakimiyyətə gəldikdən sonra yayımlanan ilk hesabatdır. O, LGBTQ+ları hədəf alması və cəmiyyəti onlara qarşı qütbləşdirməsi ilə seçilir. Builki hesabatda, həmçinin, siyasi məhbuslar, seçki şəffaflığı, ictimai iştirakçılıq, qadın haqları kimi mövzulara aid hissələrə də yer verilməyib.