Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • 8 Martda həbs olunan trans fəala dərmanlarını vermək mümkün olmayıb
  • Yerli

8 Martda həbs olunan trans fəala dərmanlarını vermək mümkün olmayıb

Qıy Vaar! Mart 12, 2025

8 Martda qadın jurnalistlərlə bağlı plakat açdığı üçün həbs olunan fəal Raufla əlaqəyə keçmək və ona əşyalar vermək çətinləşib.

8 Mart günü Azərbaycanda həbs edilmiş qadın jurnalistlərə dəstək üçün plakat qaldıran fəal Rauf Heydərov 30 sutkalıq inzibati həbsə məhkum olunub. Bu barədə feminist fəal Sənubər Heydərova məlumat yaymışdı.

Fəal 11 mart günü təkrar paylaşım edərək yazıb:

“Apardığımız əşyalar hələ ki, qəbul edilmir. Raufun illərdir ailəsi ilə əlaqəsi yoxdur. Biz ona ailə olmağa çalışmışıq. Əşyaları, dərmanları bizdədir ona görə də. Depressiya və mədə ağrısından əziyyət çəkir.

Bundan əlavə 1 ay orda olacaq deyə kitab və siqaret çatdırmağa çalışırıq. Görək nə olur. DİN mətbuat xidməti ilə əlaqə saxlamışam. Vəkili apellyasiya şikayəti yazıb.”

Trans fəal İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq maddələrilə ittiham olunub. Rauf Heydərov martın 8-i Natavan heykəli önündə həbsdə olan qadın jurnalistlərin fotolarının əks olunduğu plakatla şəkil çəkdirmək istəyib, lakin mülki geyimli polislər tərəfindən saxlanılıb. O, eyni gündə sərbəst buraxılıb. 

Lakin bir sonra – 9 mart isə Rauf Cəfər Cabbarlı heykəli önündə plakatla şəkil çəkdirib və “Facebook” səhifəsində paylaşaraq: “Hökümət üçün qorxulu saatlar.. Sadəcə varlığımız bu ölkəyə, bu mübarizəyə yetir. Həmişə var olun”– yazıb. Elə bu paylaşımdan sonra, günorta saatlarından etibarən onun əlaqə yaratmaq mümkün olmayıb.

Paylaş

Continue Reading

Previous: Bakıda feminist plakat qaldıran trans fəal 30 sutka həbs olunub
Next: Almaniya Xarici İşlər Nazirliyi ABŞ-ə səfər edən trans vətəndaşlarına xəbərdarlıq verdi

Related Stories

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Yerli

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı

İyun 25, 2025
Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?
  • Yerli

Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

İyun 20, 2025
Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır
  • Yerli

Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır

İyun 18, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.