
Tbilisidə 17 May Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiya ilə Mübarizə Günü qeyd edilib. Fəallar, Tbilisidəki etirazların əsas mərkəzi olan parlament binası qarşısında nümayiş keçiriblər.
Eyni gün, minlərlə macar etirazçı Budapeşt küçələrini “boz dənizə” çevirərək ifrat sağçı baş nazir Viktor Orbana meydan oxuyub. Onlar hökümətin Qürur Yürüşlərini qadağan etməsinə və gətirilən pul cərimələrinə belə lağ edirlər.
Hacettepe Universitetinin tələbələri universitetlərində keçirilən “Ailənin Qorunması və Gücləndirilməsi” simpoziumuna etiraz ediblər. Tələbələr tədbir keçirilən binaya bənövşəyi boya atıblar və “Susmuruq, qorxmuruq, itaət etmirik!” şüarı səsləndiriblər.