

12 ildir ki, yoldaşımız İsanın yasını tuturuq. Bu yas bizə təkcə bir itkini deyil, homofob və patriarxal sistemin Azərbaycan gəncliyini necə məhv etdiyini xatırladır.
İsa Şahmarlı LGBTQ+ fəalı, aktiv vətəndaş cəmiyyəti üzvü idi. 2014-cü ildə, cəmi 20 yaşında, “bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil” yazaraq həyatına son verdi. Bu hadisə sistemli nifrətin, sosial təcridin və dövlət səssizliyinin birbaşa nəticəsi idi. Biz onu heç zaman fərdi seçim olaraq qəbul etmədik.
LGBTQ+ vətəndaşların həyatına başa gələn bu təcrid illərdir görməzdən gəlinir. Bizi isə onunla paylaşdığımız ortaq dəyərlər və aşıladığı mübarizə ruhu bu gün də birləşdirir.
22 Yanvar Azərbaycanda LGBTQ+fobiya ilə mübarizə günüdür.
Əziz İsa,
Biz sənin yasınla böyüyən gənclərik. Bu yola çıxmışıq və geri çəkilməyəcəyik. Bu dünya sənin rənglərini daşıyacaq!