Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Multimedia
  • 1 DƏQiQƏ: Suriyanın LGBTQ+ dəstəkçisi naziri, Rusiya və Elon Maskın anti-LGBTQ+ arzuları
  • Multimedia
  • Xarici

1 DƏQiQƏ: Suriyanın LGBTQ+ dəstəkçisi naziri, Rusiya və Elon Maskın anti-LGBTQ+ arzuları

Qıy Vaar! Aprel 13, 2025

BİR DƏQİQƏ, BALAM: Bu həftə kuirlərin gündəmində nələr var?

  1. Suriyanın keçid hökümətində LGBTQ+ haqları dəstəkçisi qadın nazir var. Əş-Şaraa rəhbərliyindəki hökümətin nazirlər kabineti açıqlanıb. Bu kabinetdə ən çox diqqət çəkən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbəri təyin olunan Hind Kabawat olub. O, keçid hökümətindəki yeganə qadın və xristian nazir olmaqla yanaşı LGBTQ+ haqları dəstəkçisi kimi tanınır.

  1. LGBTQ+ haqlarını dəstəkləməsi səbəbindən Elton Con AIDS Fondunun fəaliyyəti Rusiyada qadağan edilib. Baş prokurorluq fondu “qeyri-ənənəvi cinsi münasibətləri, qərb ailə modellərini və cinsiyyətin dəyişdirilməsini” təbliğ etməkdə ittiham edib. 1992-ci ildə britaniyalı müğənni və bəstəkar tərəfindən yaradılan təşkilat, Rusiya da daxil olmaqla müxtəlif ölkələrdə IIV-in müalicəsi proqramlarını maliyyələşdirir. Fond, həmçinin illərlə Rusiyada amansız təqiblərlə üzləşmiş LGBTQ+ları müdafiə edib.

  1. ABŞ-ın Wisconsin ştatında Elon Muskın kampaniyasına 21 milyon dollar xərclədiyi anti-LGBTQ+ namizəd seçkiləri uduzub. Kaliforniya ştatı isə trans uşaqları cinslərinə uyğun gələn idman komandalarından uzaqlaşdırmağa çalışan iki qanun layihəsinə yox deyib. Hazırda bütün ölkə üzrə Trump əleyhinə etiraz aksiyaları davam edir.
Paylaş

Continue Reading

Previous: Qafqaz ökələrində LGBTQ+ hüquqlarında vəziyyət nə yerdədir?
Next: İngiltərədə Ali Məhkəmə trans qadınları “qadın” kimi tanımayacaq?

Related Stories

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Xarici

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”

İyun 25, 2025
Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • Xarici

Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər

İyun 24, 2025
İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Xarici

İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub

İyun 23, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.