
BİR DƏQİQƏ, BALAM: bu dəfə gündəmimizdə hansı mövzular müzakirə olunur? Qısaca baxaq:
- Slovakiya hökuməti avropadakı aşağı doğuş səviyyəsinə görə LGBTQ+lərı ittiham edib. Gender adaptasiya əməliyyatına icazə verən qanunlar isə ləğv edilib və hökümət LGBTQ+ layihələrini maliyyələşdirməyi dayandırıb.
- İngiltərədə translar artıq yeniyetməlik dövrlərindən tranzisiya perioduna başlaya bilməyəcəklər, yəni artıq 18 yaşına kimi gözləmək lazımdır.
- Qonşu Gürcüstanda 100 gündən artıqdır davam edən etirazlarda LGBTQ+ vətəndaşlar aktiv iştirak edirlər. Etirazlarda parlament seçkiləri nəticələrinin və “xarici agent” qanununun ləğv edilməsi, Gürcüstanın avrointeqrasiya yoluna geri qayıtması tələb olunur.